Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Prezident Rəcəb Tayyib Ərdoğanın Filyosdakı mərasimdə alovlandırdığı məşəllə Qara dəniz təbii qazı quruya verilməyə başlanıb.
Prezident Ərdoğan Zonguldak Filyos Türk Neft Limanında Qara dəniz təbii qazının istismara verilməsi mərasimində etdiyi çıxışında iştirakçıları salamlayıb, vətəndaşları Ramazan bayramı münasibətilə təbrik edib.
“İkinci bayramımız Qara dəniz qazının istifadəyə verilməsidir ki, bu da ölkəmizin enerji müstəqilliyi yolunda tarixi addımdır”. Ərdoğan xatırladıb ki, bu layihənin ilk addımı 2020-ci ilin avqustunda Filyosdan 175 kilometr uzaqlıqdakı Sakarya Qaz Sahəsində Fatih qazma gəmisinin işlərə başlaması ilə atılıb.
“TUNA-1 quyusunda aparılan bu qazma ilə bağlı ilkin məlumatlar bizə yataqda 320 milyard kubmetr ehtiyatın olduğunu göstərdi. Daha sonra əlavə qazmalarla bu rəqəm 405 milyard kubmetrə yüksəldi”, – Ərdoğan bildirib.
Nuranə Məmmədova





