İngiltərə Baş nazirinin müavini və baş prokuror Dominik Raab, dövlət qulluqçularına qarşı zorakılıq iddiası ilə bağlı Baş nazir Rişi Sunaka təqdim etdiyi hesabatdan sonra istefa verdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb:
“Mən istintaq tələb etdim və zorakılığa qarşı hər hansı bir dəlil olarsa,istefaya getməyi vəd etdim.Sözümü tutmanın vacibliyinə inanıram”.
O həmçinin əlavə edib:
“Bu istintaq təhlükəsi presedent yaratdı.Bu, nazirlərə qarşı iddialı şikayətləri təşviq edəcək və hökumətimiz adından dəyişiklik edənlərə və nəticədə Britaniya xalqına çəkindirici təsir göstərəcək”.
5 aylıq araşdırmadan sonra Sunak-a təqdim edilən hesabatda 24 məmurun zorakılıq üçün Raabdan şikayət etdiyi bildirilir.
Dünən Sunak’a təqdim edilən hesabatla bağlı Baş nazir “ətraflı araşdırma” aparılacağını açıqlayıb.
Nuranə Məmmədova





