Azərbaycan samboçuları Avropa çempionatında bir neçə medal qazanıblar.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, samboçulardan ibarət milli komandamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.
Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir.
Xatırladaq ki, qitə birinciliyi aprelin 23-də başa çatacaq.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




