"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır – Video

21 Aprel 2023 - 21:54
in GÜNDƏM

Vətənpərvərlik layihələri ilə tanınan “Fireland Production” “Azman Holdinq”in dəstəyi ilə Müqəddəs Ramazan ayı və bayramına həsr olunmuş daha bir tədbir həyata keçirib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu dəfə Azərbaycanın müxtəlif bölgələrindən 400-ə yaxın şəhid anasına iftar süfrəsi açılıb, rəsmi şəxslər öz çıxışlarında Ramazanda məhz şəhid analarının yad edilməsi ilə bağlı ürək sözlərini bildiriblər. Ölkənin tanınmış sənətçiləri qələbə ruhlu mahnılarla yanaşı ilahilər səsləndiriblər.

Aprelin 18-də saat 18:00-da Manqal Steak House-da baş tutan tədbiri tanınmış aparıcılar Nailə İslamzadə, Leyla Quliyeva və Lalə Azərtaş idarə edib. Tədbirin rəsmi hissəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Arzu Nağıyev və Ülvi Quliyev çıxış edərək günün əhəmiyyəti ilə bağlı fikirlərini dilə gətiriblər. Xalq artistləri Alim Qasımov, Azər Zeynallı, Zülfiyyə Xanbabayeva, əməkdar artist Fərqanə Qasımova, Zamiq Hüseynov, Mirələm Mirələmov tədbirin bədii hissəsini öz ifaları ilə rəngləndiriblər. Rəsmi hissə iftar vaxtı 14 yaşlı Hüseyn Qasımzadənin azan verməsi ilə yekunlaşıb. Tədbirin bədii hissəsi şəhid övladlarının müğənni Zamiq Hüseynovla birgə oxuduqları “Mənim atam qəhrəmandır” mahnısı ilə açılıb. İctimaiyyətə ilk dəfə təqdim olunan mahnının yay aylarında çəkiləcək kliplə bərabər təqdim olunacağı bildirilib. Daha sonra muğam ifaçıları Səbinə Ərəbli, Kamilə Nəbiyeva canlı musiqilər, təsniflər səsləndiriblər.
Əməkdar artist Fərqanə Qasımova Ramazana ithaf olunan repertuarı ilə çıxış edib. Daha sonra tarzən Zəki Vəliyevin Şəhid Toğrul Hacıyevə məxsus tarda ifa etməsi, çoxdan toxunulmayan simləri dilə gətirməsi kövrək anlara səbəb olub. Ardınca xalq artisti Azər Zeynallı möhtəşəm ifası ilə şəhid analarını təsirləndirib. Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova və şəhid Elçin Əzizovun övladı Yusif təşkilatçılara və qonaqlara ürək sözlərini bildiriblər. Xalq artisti Zülfiyyə Xanbabayeva “ Ana “ mahnısı ilə öz ifasını şəhid analarına həsr edib.

Şəhid analarını yenidən bir araya toplayan tədbirdə şəhidliyi ən ali zirvə hesab edən İslamın ən müqəddəs bayramı – Ramazanın mənəvi dünyamıza tövhələri vurğulanıb.

Tədbirin təşkilatçısı, “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov hər zamankı kimi şəhid ailələri ilə bərabər olmaqdan qürur hissi duyduğunu ifadə edib: “ Əslində bu günkü tədbirin ev sahibləri Bakı qeydiyyatı olan şəhid analarıdır. Hesab edin ki, iftar süfrəmizi onlar bölgələrimizdən dəvət olunan şəhid anaları üçün təşkil ediblər. Məsafələr onları tez-tez görüşməyə qoymur, amma hissləri, dərdləri və qürur duyğusu eynidir bu anaların. Biz sadəcə bu qürura vasitəçi ola bilməkdən şərəf hissi duyuruq. Yaxşı ki, onlar bizi öz ailələrinə daxil ediblər, övladları yerində görüblər. Bütün bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır.

Ramazan isə mənəviyyat yüklü bayram olduğu və bu analar dini ayinləri yaxşı bildikləri, riayət etdikləri üçün daha çox onların qəlbinə su səpir, itkilərinə təsəlli olur. Mən bir daha tədbirlərimizdə yanımızda olan Heydər Əliyev Fondu və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm. Mütəmadi olaraq təmasda olduğum şəhid ailələri xüsusilə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişləri ilə onlara verilən dəstəkdən razıdırlar. Onlar Vətənə fəda etdikləri övladlarını Prezidentin dəmir yumruğuna verilən güc kimi qəbul edir və bununla qürur duyurlar. Mən isə öz növbəmdə həm insanlıq, həm vətəndaşlıq, həm də doğmalıqdan irəli gələn borcumu sevgim ilə göstərməyə, şəhid analarını öz anamdan, şəhid övladlarını öz övladlarımdan ayırmamağa çalışıram. Sevgi müalicəvi bir hissdir, yaralara məlhəmdir. Ömrümüz durduqca bu duyğunun ən böyük payını şəhid ailələrinə ayırmalıyıq. “Azman Holdinq”in “Manqal Steak House” restoranı isə artıq şəhid ailələrinə çox doğmadır. Bu ləziz iftar süfrəsi və bu günə kimi göstərdikləri yüksək səviyyəli təşkilatçılıq üçün onlara minnətdaram”.

Qeyd edək ki, “Fireland Production” indiyədək 2000-dən çox şəhid anasını “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinə cəlb edib. Daxili İşlər Nazirliyinin xüsusi tapşırığı ilə layihə iştirakçıları olan şəhid yaxınlarının təhlükəsizliyi təmin olunub, onlara hər zaman ehtiram göstərilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Üç güləşçimiz Avropa çempionatının finalında!

Next Post

Hüseyn Həsənovun bloqları qadağan olundu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Hüseyn Həsənovun bloqları qadağan olundu

Hüseyn Həsənovun bloqları qadağan olundu

Umayra Tağıyeva: “Apreldən başlayaraq Azərbaycanda 8 dolu hadisəsi müşahidə olunub”

Cəlilabad və Biləsuvara dolu yağdı: Elektirik kəsildi...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.