Elchi.az xəbər verir ki,İngiltərə Premyer Liqasının lideri “Arsenal” doğma meydanda “Sauthempton”la 3:3 hesablı heç-heçə edib.
İngiltərəPremyer Liqanın 32-ci həftəsinin açılış matçında lider “Arsenal” “Emireyts” stadionunda sonuncu yerdəki “Sauthempton”u qəbul edib.
Oyuna sürətli başlayan Southampton 1-ci dəqiqədə Karlos Alkaras və 14-cü dəqiqədə Teo Uolkottun qolları ilə 2-0 önə keçdi.
Ev sahibi komanda 20-ci dəqiqədə səhnəyə çıxan Qabriel Martinelli ilə vəziyyəti 2-1 edib və ilk hissə bu hesabla başa çatıb.
Qonaq komandanın heyətində Duje Kaleta-Kar matçın 66-cı dəqiqəsində rəqibin torlarını partladıb və hesabı 3:1-ə çatdırıb.
Son anları böyük həyəcana səhnə olan qarşılaşmada 88-ci dəqiqədə Martin Odeqardın, 90-cı dəqiqədə Bukayo Sakanın vurduğu qollarla Arsenal hesabı 3-3-ə bərabərləşdirib.
Lider “Arsenal” qalan dəqiqələrdə aydın mövqelərdən yararlana bilməyib və mübarizə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Çempionluq yarışında ardıcıl 3 oyundan heç-heçə ilə ayrılan və daha bir zədə alan “Arsenal” xalını 75-ə yüksəldi. Bu nəticədən sonra 70 xalla iki matç əskik oynayan Mançester Sitinin liderliyi ələ keçirtmək fürsəti yaranıb.
Qələbə həsrəti ilə 7 oyun keçirən “Sauthempton” xallarını 24-ə çatdırıb.
Nuranə Məmmədova




