Kəşfiyyat xidmətlərinin məlumatları Avropa ölkələrində terror aktlarının davam edəcəyini göstərir.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
“Baş vermiş terror hadisələri bizi təəccübləndirmir. Biz daha da görəcəyik”, – deyə 2012–2014-cü ildə ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat məntəqəsinin direktoru olmuş general-leytenant Maykl Flinn bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri açıqlamalarında İŞİD-ə bağlı 4 terror qruplaşmasının miqrasiya yolu ilə Avropa ölkələrinə sızdığını qeyd etmişdilər.
Roma mediası yazır: “Paris hadisələri qitənin digər şəhərlərində bənzər olayların baş vermə təhlükəsini artırır”.



