Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclası zamanı xatırladıb ki, ATƏT sammitlərinin sənədlərində əksini tapan bölünməzlik prinsipində qeyd olunduğu kimi, heç bir ölkə öz təhlükəsizliyini başqalarının hesabına gücləndirməməlidir.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“Ağ-qara hərflərlə, birbaşa və birmənalı şəkildə yazılıb ki, heç kim öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməməlidir”, -deyə rusiyalı diplomat xatırladıb.
O, həmçinin əlavə edib ki, heç bir dövlət və ya onların qrupuna ATƏT regionunda sülhün qorunması üçün əsas məsuliyyət verilə və ya belə regionların hər hansı bir hissəsini öz təsir dairəsi hesab edə bilməz. Lavrovun sözlərinə görə, NATO ölkələri bu öhdəliklərə “tüpürür” və tam əksi üzrə hərəkət edir.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya lap əvvəldən Ukraynada davam edən xüsusi əməliyyatda bütün məqsəd və vəzifələrini izah edib.
Yeganə





