"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağla bağlı dəhşətli siyasi səhv…

25 Aprel 2023 - 14:32
in SİYASƏT

Azərbaycanın Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün düz böyründə sərhəd-buraxılış məntəqəsi qurması kimi tarixi addımından ölkəmizin müxalifəti də bəhrələnmək eşqinə düşüb və bunu “uzun zamandır səsləndirdikləri həqiqətin icrası” kimi sırımağa çalışırlar.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Olsun – burda narahatlıq yaradan heç nə yoxdur. Azərbaycanın uğurlarından sevinmək, orda öz payını axtarmaq yaxşı şeydir. O ayrı məsələ ki, nədənsə ABŞ və ya Fransa Azərbaycanın bu addımına qarşı bəyanat verəndə, bu olur Azərbaycan hakimiyyətinin uğursuzluğu, ancaq Azərbaycan hakimiyyəti Laçın yolunda tarix yazanda olur müxalifətin dediklərinin icrası…

Ancaq məsələ burasındadır ki, bu tarixi uğuru belə öz adlarına çıxanda hakimiyyəti tənqid etməyə nəsə axtarırlar. Axtarırlar, axtarırlar və tapırlar!

Bu baxımdan Gültəkin Hacıbəyli və Nurəddin Məmmədlinin Laçın sərhəd-buraxılış postuna yanaşmaları “unikallığı” ilə seçilir.

Başlayaq Nurəddin Məmmədlidən. Adam yazır: “Bununla da ermənilərin anklava döyüş-sursat vasitələrinin daşınmasının qarşısı alındı”.

“Döyüş-sursat”ın nə demək olduğu üzərində çox dayanmayacağıq – insandır, sevincli olub, həyəcanlanıb, “silah-sursat və döyüş vasitələri”ni “yuvarlaqlaşdırıb”. Ancaq “anklav” məsələsi kifayət qədər ciddi məsələdir.

Anklav – başqa ölkəyə məxsus qeyri-suveren ərazinin bir və ya bir neçə ölkənin sərhədləri içərisində qalmasıdır. Bu, başqa ölkə üçün anklav, məxsus olduğu ölkə üçünsə eksklav adlandır. Məsələn, Qazaxın 7 kəndi Ermənistan üçün anklav, Azərbaycanın eksklavıdır.

Doğrudur, bəzən “anklav” sözü “eksklav”ı əvəzləyir. Bu baxımdan Kalininqrad və yaxud Naxçıvan nümunəsi var. Ayrılıqda anklav olsalar da, heç bir ölkənin anklavı deyillər – çünki bir neçə ölkə tərəfindən əhatə olunublar. Buna görə bəzən Kalininqrada “Rusiyanın anklavı” deyiləndə, bu, ciddi yanlış kimi başa düşülmür.

Beləliklə, qayıdaq Nurəddin Məmmədlinin sözünə. Əgər keçmiş Dağlıq Qarabağı “anklav” adlandırırsa, demək, keşmiş muxtar vilayəti Azərbaycanın “anklav”ı sayır. Belə çıxır ki, N.Məmmədli “Dağlıq Qarabağı” Ermənistana aid “parça” sayır – eynən Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” sözləri kimi. Ordumuz o “nöqtəni” Paşinyana necə qaytardı – bəllidir. Bəs, Nurəddin Məmmədli ilə nə edək?

Əlbəttə, Nurəddin Məmmədli bunu qəsdən, Paşinyan təfəkkürü ilə deməyib. Bu, sadəcə, Nurəddin Məmmədlinin savadsızlığından doğan dəhşətli siyasi səhvdir!

Gültəkin Hacıbəyli isə şərhində elə qarışdırır ki, onu anlamaq mümkün deyil. Adam çıxır və ağıllı tövrlə millətə “izah” edir: “Dağlıq Qarabağ həmişə anklav olub, Laçın həmişə Azərbaycanın nəzarətində olub. 10 noyabr bəyanatı ilə erməniləri anklav statusundan çıxarmışdılar, indi səhvlərini düzəltmək istəyirlər”.

“Dağlıq Qarabağ”ın – yəni keçmiş vilayətin – anklav olduğunu bu qədər əminliklə söyləyə bilmək üçün yalnız siyasi savadsızlığın quyusunda olmaq lazımdır.

Necə yəni “həmişə anklav olub”? Yəni həminə Ermənistanın “bir parçası” olub? Bu qədər rüsvayçı savadsızlığı dilə almaq üçün nə və ya kim olmaq gərəkdiyini təsəvvür belə etmirəm.

“10 noyabr bəyanatı ilə erməniləri anklav statusundan çıxarmışdılar” nə deməkdir? Necə yəni “səhvlərini” indi düzəldirlər?

Siyasətlə məşğul olduğunu deyən, ingiliscə çırtlayan, 10 il AŞPA-da – Allah qoymasa (necə ki qoymadı) – ölkəmizi təmsil etmiş, 13 ildir müxalifətin “əsas sütunu, dayağı, özülü” rolunda hakimiyyətə iddia edib, xarici-daxili siyasətdə rəsmilərə ağıl verən bir təfəkkürün siyasi düşüncə səviyyəsini görürsünüzmü?

İllərdir siyasətlə məşğul olduğunu deyən bir şəxs bu rüsvayçılıqdan sonra nəinki siyasətdən getməlidir, adam içinə çıxmamalıdır.

Zatən adam içində deyil – harda olduğunu özü bilər…(axar.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev mühüm mərasimdə: Memorandum imzalandı

Next Post

Prezident SOCAR-ın Sofiyadakı ofisinin açılışında

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Prezident SOCAR-ın Sofiyadakı ofisinin açılışında

Prezident SOCAR-ın Sofiyadakı ofisinin açılışında

Tramp ABŞ-ı “zibillik” adlandırdı

Tramp ABŞ-ı “zibillik” adlandırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.