ABŞ prezidenti Co Bayden ikinci müddətə prezidentliyə namizəd olacaq.
Elchi.az xəbər verir ki, o, bu barədə Ağ Evin yaydığı videoda bildirib.
“Mən yenidən ABŞ prezidenti seçilmək üçün namizədliyimi irəli sürürəm.
Amerika mediası hazırkı prezidentin komandasının planları barədə dəqiq məlumatlı deyildi. Onun bəzi müşavirləri və yaxın dostları siyasətçinin seçkiqabağı təşviqat kampaniyasına iyunda, hətta payızda başlandığını elan edəcəyini mümkün hesab edirdilər.
Son rəy sorğuları ümumiyyətlə göstərir ki, demokratların əksəriyyəti Baydeni dəstəkləməyə hazırdır və əksər respublikaçılar, əgər hər ikisi əsas partiyalar tərəfindən namizəd göstərilsə, sələfi və əsas siyasi rəqibi Donald Trampı dəstəkləməyə hazırdır. Üstəlik, sorğuda iştirak edən amerikalıların əksəriyyəti nə indiki dövlət başçısını, nə də Trampı Ağ Evdə görmək istəmir.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. 2022-ci ilin noyabrında Tramp artıq ölkənin ən yüksək dövlət vəzifəsi uğrunda mübarizənin başladığını elan etmişdi. Bayden, öz növbəsində, indiyə qədər yalnız yenidən seçilməyə ümid etdiyini eyham etdi. O, yenidən seçilməyi bacararsa, ikinci prezidentlik müddətinin əvvəlində Ağ Evin hazırkı rəhbərinin 82 yaşı tamam olacaq.
Yeganə





