"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Uşaqlar arasında bu xəstəliklər artıb – Həkim

25 Aprel 2023 - 13:00
in SOSİAL

Son zamanlarda uşaqlar arasında bəzi dəri xəstəlikləri artıb.
Elchi.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Huriyyə Qarayeva deyib.
“Bunlardan, əsasən psoriaz, vitiligo, allergik dermatitlər, qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini göstərmək olar. Yoluxucu xəstəliklər olan qoturluq, göbələk daha çox yaz-yay aylarında müşahidə olunur. Göbələk xəstəlikləri, əsasən it-pişik kimi heyvanlardan, bölgələrdə isə daha çox mal-qaradan yoluxa bilər. Göbələk xəstələrində mütləq mikoloji müayinə aparılmalıdır”, – o vurğulayıb.
H.Qarayeva bildirib ki, bu xəstəliklərə hər hansı bir şübhə yaranarsa dərhal həkimə müraciət edilməli, həkim-dermatoloqa göstərilməlidir:
“Yay aylarında daha çox tərləyən, immuniteti aşağı olan uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərdən biri də impetiqo xəstəliyidir. Bu xəstəliyin törədicisi stafilo-steptokoklardır, ən çox dərinin açıq nahiyələrində müşahidə olunur. Xəstəlik vaxtında müalicə olunmazsa, ciddi fəsadlar verə bilər. Müalicəsində antihistamin, vitaminlər, antibiotik və xaricə məlhəmlərdən istifadə olunur”.
H.Qarayevanın sözlərinə görə, dərinin irsi, xroniki xəstəliklərinin müalicəsi həkim müayinəsindən sonra təyin olunur:
“Dərinin bəzi xroniki xəstəliklərində günəş şüasından qorunmaq lazımdır (vitiligo, allergik dəri xəstəliklərində və s.).
Vitiligo – Automin dəri patologiyasıdır, xəstəliyin əmələgəlmə səbəbləri müxtəlifdir. Xəstəlik dəriyə rəng verən melonin olmaması nəticəsində meydana gəlir, ləkələr ən çox dərinin açıq nahiyəsində yaranır. Xəstəliyin artmasının səbəbləri sırasında stress, günəş şüaları və travmanı göstərmək olar. Qarşısını almaq üçün stress, günəş şüalarından uzaq durmaq, qidalanmada pəhriz rejiminə ciddi əməl etmək lazımdır.
Dəri xəstəliklərindən allergik dermatitlər bəzi dərman preparatlarından, qida maddələrindən sonra meydana gəlir. İlk növbədə xəstəliyi törədən səbəbləri aradan qaldırmaq, daha sonra müalicəsini aparmaq lazımdır.
Çəhrayı dəmrov xəstəliyi isə yaz-payız aylarında daha çox rast gəlinir. Havanın dəyişməsi, infeksion-allergik mühitin yaranması nəticəsində əmələ gəlir, dəri səthində müxtəlif ölçülü çəhrayı ləkələr yaranır. Xəstələr daha çox qaşınmadan şikayət edirlər. Düzgün müalicə aparıldıqda sağalan xəstəlikdir”.
Həkim mütəxəssisimiz uşaqların dərisində yaranan bütün xəstəliklər zamanı mütləq şəkildə ərazi üzrə poliklinikalara müraciət etməyin vacibliyini də vurğuladı:
“Ləkədir, yaranıb, keçər, gedər – deməyin. Həkimə müraciət edin! Biz dispanser şəraitində istənilən dəri xəstəliklərinin müayinə və müalicəsini həyata keçiririk. Uşaqlar bizim gələcəyimizdir. Sağlam gələcək naminə onların sağlamlığına biganə yanaşmayaq”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Millimiz Albaniya, Farer adaları və Moldova yığmaları ilə qarşılaşacaq

Next Post

ANAMA: Ötən həftə 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
ANAMA: Ötən həftə 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: Ötən həftə 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.