"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər Qarabağa görə ukraynalı jurnalisti təhdid edir – Video

26 Aprel 2023 - 15:21
in GÜNDƏM

Beynəlxalq jurnalistlərin Qarabağa gedib nəyin baş verdiyini görmək imkanları oldu. Artıq Azərbaycanın səsi dünyada eşidilir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın UNIAN İnformasiya Agentliyinin direktoru Mixail Qannitski “Haber Qlobal”a müsahibəsində deyib.

O xatırladıb ki, ermənilər Qarabağda hər şeyi, o cümlədən şəhərləri tamamilə dağıdıblar:

“Ərazilər minalanıb. Gəzmək belə təhlükəlidir. Eyni zamanda ərazidə ümidi də gördük. Belə ki, hökumət yeni yollar çəkir. İnsanların Qarabağa geri qayıtması üçün yeni evlər inşa edilir”.

Jurnalist Qarabağla Ukraynanı müqayisə edib:

“Baxmut kimi şəhərlər tamamilə yox edilib. Baxmut müharibənin qaynar nöqtəsi olaraq qalır. Ruslar oradakı hər şeyi məhv etməyə çalışır. Eynisini Qarabağda da gördük. Erməni işğalçılar rusların dəstəyi ilə bunu elədilər. İki müharibə bir-birinə bənzəyir. Yüzlərlə mülki şəxsin öldürüldüyü Ağdamda faciənin izlərini gördük”.

M.Qannitski bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma işləri Ukrayna üçün modeldir:

“Azərbaycanın təcrübələrindən öyrənməliyik. Bu təcrübə bizimlə bölüşülməlidir. Çünki Azərbaycan bunu çox yaxşı şəkildə həyata keçirdi. Nəticələri indidən görə bilirik. Qarabağ və Ukraynadakı işğalın oxşar tərəfləri kimi, fərqli yanları da var. Dünya 30 il ərzində Azərbaycanın haqlı səsini eşitmədi və erməni işğalı ilə bağlı “sinifdə qaldı”. Bu məsələdə erməni diasporunun da rolu var”.

UNIAN-ın direktoru vurğulayıb ki, 30 il əvvəl müharibənin görüntülərini dünyanın dörd tərəfində yaymaq mümkün deyildi:

“30 il əvvəl pis adamların pis işlər görməsi və bunun üstünü örtmələri mümkün idi. Bütün sənədləri yox edib dünyaya yalan danışırdılar. Hücumlarını gizlədə bilirdilər. Ermənilərin dünyanın dörd bir tərəfində böyük diasporu var. Ona görə də təsir gücünə sahibdirlər, öz fikirlərini yaya bilirlər, hətta lazım olanda yalanlarını da yaya bilirlər. Ruslar da bunu bizə eləmək istəyirlər”.

Jurnalist söyləyib ki, Qarabağ və Ukraynada baş verənləri müqayisə etdiyi məqaləsi erməni diasporunu narahat edib:

“Ukrayna Ombudsmanı məqalə haqqında araşdırmalara başlandığını açıqlayıb. Amma mənə Ukrayna polisindən bildiriş gəlməyib. Fikrimcə, erməni diasporu ombudsmana təzyiq göstərib. Ombudsman da mənə hansısa məlumat vermədən belə bir addım atıb. Əgər polis həqiqətən nəyisə araşdırırsa, kömək etməyə hazırıq. Əgər polis mənə müraciət edərsə, əlimdəki bütün informasiyaları bölüşməyə hazıram”.

M.Qannitski xatırladıb ki, Azərbaycan Rusiya ilə müharibədə Ukraynanın müttəfiqidir:

“Ermənistan isə Rusiyanın müttəfiqidir. Ermənistan sanksiyalardan xilas olması üçün Rusiyaya yardım edir. Bunu bilirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda Ekspertlər Məclisinin üzvü,Xamneyinin nümayəndəsi silahlı hücum nəticəsində ölüb

Next Post

Türkiyədən Laçın yolundakı keçid məntəqəsi haqda açıqlama

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Türkiyədən Laçın yolundakı keçid məntəqəsi haqda açıqlama

Türkiyədən Laçın yolundakı keçid məntəqəsi haqda açıqlama

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Məktəb direktoru vəzifəsini icra edən şəxsə cinayət işi başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.