Ekvatorial Qvineyada Marburq virusundan 12 nəfərin öldüyü bildirilib.
Elchi.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyindən verilən açıqlamada 3 aydan artıqdır davam edən Marburq virusu epidemiyasında 12 nəfərin öldüyü açıqlanıb.
Açıqlamada, 1437 hadisə ilə təmasda olan şəxsin müşahidə altında saxlanıldığı bildirilib.
İlk Marburq virusu yanvarın 7-də ölkənin qərb hissəsindəki Kie-Ntem ştatında qeydə alınıb.
Şayəstə Hüseynova




