ABŞ Prezidenti Co Bayden, Ağ Ev tərəfindən keçirilən tədbirdə iştirak edərək verilən və alınan əmrlərin sayını müqayisə edib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Yeri gəlmişkən, mən prezident olanda fikirləşirdim ki, sərəncamlar verəcəm, amma həmişəkindən daha çox sərəncam alıram”, – deyə dövlət başçısı uşaqlarla söhbətində bildirib.
Bundan əlavə, o, gənc nəslə yaradıcılığının bir çox nüanslarından danışdı. Qeyd edilir ki, bu tədbir çərçivəsində Amerika lideri bir gün əvvəl jurnalistlərlə söhbət zamanı olduğundan daha çox suala cavab verib.
Daha əvvəl məlum olmuşdu ki, Bayden uşaqların ona verdiyi suala cavab verməkdə çətinlik çəkib. İki həftə əvvəl İrlandiyaya səfər etməsinə baxmayaraq, sonuncu dəfə hansı dövlətə getdiyinə cavab verə bilməyib.
Havar Şəfiyeva






