Dünən dünya liderləri Parisdə “Charlie Hebdo” jurnalına qarşı baş vermiş basqına etiraz etmək məqsədilə yürüş keçiriblər.

Avropa.info xəbər verir ki, paytaxtda keçirilən genişmiqyaslı etiraz aksiyasında iştirak etmək üçün Fransaya gələn dünya liderlərini Yelisey sarayında prezident Fransua Olland qarşılayıb.
Daha sonra dövlət rəsmiləri onlar üçün hazırlanan xüsusi avtomobillə yürüşün keçiriləcəyi Cumhuriyyət Meydanına gəliblər.
Türkiyənin baş naziri Əhməd Davudoğlunun da iştirak etdiyi yürüşdə Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kameron, İtaliyanin baş naziri Matteo Renzi, İspaniyanın baş naziri Mariano Rajoy, Avropa Komissiyasının sədri Jan Klod Yanker,Ukrayna prezidenti Pyotr Paraşenku, Hollandiyanın baş naziri Mark Rutte, Belçikanın baş naziri Çarls Mişel, Avropa Şurasının sədri Donald Tusk, Danimarkanın baş naziri Helle Torning-Şmit, Bolqarıstanın baş naziri Boyka Barisov, İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin prezidenti Mahmud Abbas, Malinin prezidenti Bubacar Keyta və Niger prezidenti Mahamdo İsofo iştirak ediblər.
Yürüşdə Türkiyədən və digər ölkələrdən dövlət xadimləri, siyasətçilər, təşkilat rəhbərləri də iştirak ediblər.
Yürüş zamanı diqqəti çəkən əsas məqam isə İsrailin baş naziri Benyamin Netanyahunun yürüşdə öz cangüdənləri ilə birlikdə iştirak etməsi olub. Cangüdənləri tez-tez onun çiyninə əllərini qoyaraq ona sanki təhlükəsizliyinin təmin olunduğu hissini çatdırmaq istəyiblər.
Qeyd edək ki, yürüşdə iştirak edən dövlət xadimlərinin heç birinin cangüdənləri yanında olmayıb.



