"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nikolun “Laçın postu planı”, Şoyqunun həmləsi – Gərginlik

28 Aprel 2023 - 13:01
in SİYASƏT

Ermənistan Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının məsuliyyətini Rusiyanın üzərinə yıxır:

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

– Paşinyan bəyan etdi ki, Laçın yoluna Rusiya sülhməramlılarından başqa heç kim nəzarət etməməlidir;

– Armen Qriqoryan isə bir qədər də irəli gedərək, “Laçın yolunun Rusyanın mənsubiyyətində olduğunu” iddia etdi: 10 noyabr bəyanatında söhbət “nəzarət”dən gedir və Qriqoryanın “mənsubiyyət” məsələsini hardan çıxartdığını erməni siyasətçilər də anlaya bilmir.

Bu iddialar üzərindən qurulan təbliğat İrəvanın hədəfini anlamağa imkan verir: Qarabağın tamamilə “itirilməsi”nə görə məsuliyyəti Moskvanın üzərinə yıxırlar; Prosesdən “tərəf” olmaqda yayınır və Qarabağda Bakı və Mokvanı üz-üzə qoymaq istəyirlər;

Qriqoryanın “mənsubiyyət” iddiasını da məhz antirusiya təbliğatının bir qədər də körüklənməsinə hesablanmış “yanlış” kimi qəbul etmək olar.

Ermənistanın məsuliyyətdən yayınacağı, Qarabağı Bakı-Moskva xəttində problemə çevirəcəyi gözlənilirdi. Laçın postundan sonra bu istiqamətdə siyasi-informativ kampaniyanı sürətləndiriblər. Hərçənd, Paşinyan hakimiyyətinin proseslərin arxasında daha böyük niyyətinin olduğu da görünür: Rusiyanı Ermənistandan tamamilə çıxarmaq!

Son iki gün Ermənistanda hakimiyyətin sifarişi ilə qurulan təbliğat da bu yöndədir: “Rusiya Qarabağda məsuliyyətini yerinə yetirə bilmirsə, bu, onların ümumilikdə Cənubi Qafqazdakı mövcudluğunu sual altına salır”; “Qarabağı qoruya bilməyən Rusiya Ermənistanı da qoruya bilməz”.

Ekspert-media cameəsi üzərindən aparılan bu təbliğata paralel olaraq, Ermənistan rəsmi səviyyədə də bu mesajları verir. Qriqoryan məlum müsahibəsində Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara, xüsusilə sentyabr döyüşlərinə görə də Rusiyanı günahlandırdı. Fransa xarici işlər naziri Katrin Kolonnanı Azərbayanla sərhədə gətirən Baş Qərargah rəisi Edvard Asryan fikirlərini “Avropa İttifaqı missiyası olmasa, ərazilərimizi zəbt edəcəklər” kontekstində qurdu.

Aydın görünür ki, Ermənistan Rusiyanı günahlandırmaqla Moskvadan qaçmaq, eyni zamanda, Qarabağ yükündən də qurtulmaq niyyətindədir.

Proseslərin bu istiqamətdə inkişafı bölgədə risklər yaradır, xüsusilə Rusiyanın hansı addımı atacağı maraqlıdır.

Moskva üçün mövcud situasiyadan çıxış yolunun Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsini ləğv etmək olduğu təsəvvürü yaranır. Bununla Laçın yoluna nəzarəti saxlayır, eləcə də mümkün Zəngəzur dəhlizində nəzarət perspektivini itirmir. Çünki Laçına post qurulması Zəngəzur dəhlizi məsələsində də Ermənistanın “nəzarət-keçid məntəqəsi” mövqeyini gücləndirən amildir və bu prosesdəı itirən tərəf Rusiya olacaq.

Bu kontekstdə Rusiyanın Volkovu Lentsovla dəyişməsi diqqət çəkir:

– Lentsov Rusiya sülhməramlılarına komandanlıq edən generallar arasında ən yüksək rütbəyə malik olandır – general polkovnik;

– Arvadı erməni millətçisidir və özünün 20 Yanvar qırğınında iştirakına dair məlumatlar var.

Hazırda Lentsovun iki istiqamətdə danışıqlar apardığı iddia edilir: birincisi, postun tamamilə ləğv edilməsi; ikincisi, ən azından rusların da postda dayanması.

İstisna deyil ki, Rusiya ümumilikdə Cənubi Qafqazdakı maraqlarını qorumaq naminə Laçın postuna görə Bakıya təzyiqi artıra bilər.

Hərçənd, o da şübhəsizdir: Laçın postunda Azərbaycan bayrağı qaldırılıb və Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.

Bu, post məsələsində Bakının geri addım atmayacağı deməkdir. Belə vəziyyətdə Rusiyanın mümkün təzyiqinə qarşı diplomatik manevrlərin işə salınacağı ehtimalı daha yüksəkdir. Mümkündür ki, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar prosesində Rusiya masasının yenidən əsas platformaya keçməsinə razı olsun, yaxud ən azı bu görüntünü yaratsın. Burada Rusiya-Türkiyə tandeminin yenidən Cənubi Qafqazda həlledici oyunçu olaraq önə çıxması da çox şeyi həll edəcək amillərdəndir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya bu ölkələrdəki bazalarının döyüş hazırlığını artırır

Next Post

Aİ missiyası əslində Moldovanın xarici idarəçiliyini həyata keçirəcək – Zaxarova

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Aİ missiyası əslində Moldovanın xarici idarəçiliyini həyata keçirəcək – Zaxarova

Aİ missiyası əslində Moldovanın xarici idarəçiliyini həyata keçirəcək - Zaxarova

Vuçiç təkzib etdi: Mən yaxşıyam…

Vuçiç təkzib etdi: Mən yaxşıyam...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.