2023-cü ilin yanvar-mart aylarında 13 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-nın yaşı 18-dən (3 oğlan, 3 qız) az olub.
Bildirilib ki, bu, cari ilin birinci rübündə Gürcüstandan deportasiya edilən əcnəbilər arasında ən yüksək göstəricidir.
Ümumilikdə yanvar-mart aylarında 15 ölkənin 55 nümayəndəsi Gürcüstandan deportasiya edilib.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





