Kolumbiyada isveçli sənədli film rejissorunun silahlı üsyançı Milli Azadlıq Ordusu (ELN) tərəfindən qaçırıldığı bildirilir.
Elchi.az xəbər verir ki,Kolumbiya KİV-in məlumatına görə,İsveç vətəndaşı Ulf Bilger Erlingsson Şimali Santander inzibati bölgəsindəki Tibu şəhərində ELN üzvləri tərəfindən qaçırılıb.
ELN sənədli film kinorejissoru və jurnalist Erlinqssonu qaçırdıqlarını təsdiqləyərək, bu şəxsin sui-qəsd və casusluq ittihamı əsasında martın 1-də oğurlandığını bildirib.
İsveç səlahiyyətlilərinin, Ombudsman Aparatının və Katolik Kilsəsinin onlara müraciət etdiyini qeyd edən ELN, Erlinqssonun müəyyən müddətdən sonra sərbəst buraxılacağını açıqlayıb.
Kolumbiya hökuməti ilə ELN nümayəndələri arasında danışıqların üçüncü raundunun Kubanın ev sahibliyi ilə mayın 2-də başlayacağı gözlənilir.
Kolumbiya hökumətinin sülhməramlı nümayəndə heyəti ilə ELN-nin Meksikadakı nümayəndələri arasında fevralın 14-də başlayan danışıqların ikinci raundu ELN-nin siyasi statusunun tanınması ilə başa çatıb.
Nuranə Məmmədova






