Fransa Birinci Futbol Liqasının (Liqa 1) 33-cü həftəsində Olimpik Marsel Cengiz Ünderin qol vurduğu Auxerre matçında 2-1 qalib gəlib.
Elchi.az xəbər verir ki, Lider Paris Sen-Jermenin (PSJ) ən yaxın izləyicisi “Olimpik Marsel” aşağı liqadan uzaqlaşmaq istəyən “Oser”i qəbul edib.
Oser 33-cü dəqiqədə Ture ilə önə keçsə də, Cengiz Ünderin 75-ci və Aleksis Sançesin 77-ci dəqiqədə vurduğu qollarla Marsel qalib gəlib.
Milli futbolçu Cengiz Liqa 1-də keçirdiyi son 3 oyunda 3-cü, bu mövsüm isə 5-ci dəfə tora hava atıb.
Ardıcıl 3-cü qələbəsini qazanaraq xalını 70-ə yüksəldən “Olimpik Marsel” PSJ ilə xal fərqini 5-ə endirib. Oserin 33 xalı var.
Şayəstə Hüseynova




