İdarə rəisinin sözlərinə görə, bu avadanlıq Kiyev üçün “həyati vacibdir”.
Elchi.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində Tokiodan elektron döyüş texnikası istəməklə Ukrayna ordusuna kömək göstərilməsinin vacibliyini bildirib.
Reznikov deyib ki, Kiyevə pilotsuz təyyarələri sıxışdırmaq üçün elektron müharibə avadanlığı lazımdır.
“Siz elektron müharibə avadanlığı olan çox, çox müasir ölkəsiniz. Və bu avadanlıq bizim üçün həyati əhəmiyyət kəsb edir”, – deyən hərbi idarənin rəhbəri, həmçinin qeyd edib ki, Kiyev üçün G7 ölkələrinin Ukraynanı dəstəkləməyə davam edəcəyini eşitməsi vacibdir.
Şayəstə Hüseynova






