33 il əvvəl komaya düşən Nyu-York polisi dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə “New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.
Troy Patterson 1990-cı ildə başından atəş açan üç silahlı cinayətkarın hücumuna məruz qalıb.
“Evindən üç məhəllə aralıda maşınını yuyan qəhrəman polis şənbə günü gecə ölənə qədər vegetativ vəziyyətdə olub”, – deyə nəşr yazıb.
Hücum zamanı Patterson 27 yaşında idi və altı il polisdə xidmət etmiş, peşəkar fəaliyyətinə görə yeddi tərif almışdı. Artıq xəstəxanada ona əməliyyatçı rütbəsi verilib.
Yeganə






