"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

FHN əməkdaşları Ankarada keçirilən forumda iştirak ediblər – FOTO

01 May 2023 - 16:27
in XƏBƏR LENTİ

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Türkiyə Prezident Administrasiyasının Strateji Əməkdaşlıq Direktorluğunun dəvəti ilə 25-26 apreldə Ankara şəhərində keçirilən “Fəlakətlərə hazırlıq, Cavabvermə və Bərpa” mövzusunda Strateji Əməkdaşlıq Sammitinin (Stratcom Summit) Fövqəladə Hallar üzrə Əməkdaşlıq Forumunda iştirak ediblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

FHN-dən Elchi.az-a verilən xəbərə görə, siyasət quruculuğu, idarəetmə, liderlik və peşəkarlıq üzrə beynəlxalq mükəmməllik mərkəzi yaratmağı hədəfləyən, siyasətçiləri, alimləri və hökumət nümayəndələrini, axtarış-xilasetmə, ictimaiyyətlə əlaqə və strateji əməkdaşlıq üzrə ekspertləri, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən Stratcom Sammiti 2021-ci ildən fəaliyyət göstərir.

Forumun məqsədi “Fəlakət və böhranlara hazırlıq siyasətinin formalaşdırılması, belə hallarda koordinasiya və idarəetmə” kontekstində qlobal müzakirələrin, təcrübə, ideya, təhlil və fikir mübadiləsinin aparılması üçün tərəfləri bir araya gətirməkdən ibarət olub.

İstiqlal marşının səsləndirilməsi ilə başlanan açılış mərasimində qardaş ölkədə fevral ayında baş vermiş zəlzələ zamanı həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyə Respublikasının Prezident Administrasiyasının Strateji Əməkdaşlıq Direktorluğunun rəhbəri professor Fahrettin Altun Fövqəladə Hallar üzrə Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edib. Professor Fahrettin Altun iştirakçıları salamlayaraq foruma qatıldıqlarına görə onlara təşəkkürünü bildirib. O, strateji əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində dünyəvi bir mərkəz halına gələn Stratcom Sammiti çərçivəsində bu dəfəki forumda fövqəladə hallar üzrə əməkdaşlığa diqqət yetiriləcəyini qeyd edib. Professor Fahrettin Altun bu günədək onlarla ölkədən minlərlə iştirakçının qatıldığı Strateji Əməkdaşlıq Sammitti çərçivəsində böhran vəziyyətlərində idarəetmə, ictimaiyyətlə əlaqə və digər müxtəlif sahələrdə strateji əməkdaşlığın mühüm fəaliyyət istiqamətlərinin hər zaman müzakirə mövzusu olduğunu diqqətə çatdırıb. Professor Fahrettin Altun Türkiyədə fevralın 6-da baş vermiş mərkəzi Kahramanmaraş şəhəri olan zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətlərdən və həyata keçirilən tədbirlərdən danışaraq, bu amillərin son 20 il ərzində formalaşdırılmış olan fəlakətlərə müdaxilə imkanlarının əhəmiyyətli olduğunu bir daha göstərdiyini qeyd edib. Natiq çıxışında sel, daşqın və zəlzələyə qarşı yaşayış məskənlərinin daha dayanıqlı vəziyyətə gətirilməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıb və bu istiqamətdə fəlakətlərə hazırlıq və cavabvermə imkanlarının daha da inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

70 ölkədən nümayəndələrin, müxtəlif ölkələrdən 55 məruzəçinin qatıldığı Fövqəladə Hallar üzrə Əməkdaşlıq Forumunun Azərbaycan, Almaniya, İspaniya, Cənubi Koreya və Polşadan olan məruzəçilərin iştirakı ilə keçirilən “Sərhədsiz qəhrəmanlar” adlı 6-cı panel müzakirələrində ölkəmizi FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təmsil edib. Panel müzakirələrdə fövqəladə hallara hazırlıq, cavabvermə və bərpa üzrə strategiyanın inkişafına, eləcə də fövqəladə hallar üzrə əməkdaşlığın genişləndirilməsinə töhfə verə biləcək təcrübə və fikir mübadiləsi aparılıb, moderatorun bu sahədə sualları cavablandırılıb.

Eyni zamanda, bu ilin fevralında baş vermiş, “Əsrin fəlakəti” adlandırılan zəlzələ nəticəsində yaranmış vəziyyət və qlobal çağırışlar, humanitar əməliyyatlar mühiti, xilasetmə və tibb bölmələrinin, eləcə də könüllülərin fəaliyyəti, cəmiyyətlə əlaqələr və psixoloji dayanıqlılığa dair məsələlər müzakirə mövzusu olub. Forum çərçivəsində, həmçinin Azərbaycan axtarış-xilasetmə və tibb bölmələrinin humanitar əməliyyatlarda iştirakı barədə məlumatlar diqqətə çatdırılıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Brayza: İrəvanın bu hərəkəti dəhşətlidir!

Next Post

İlham Əliyev fərman imzaladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev fərman imzaladı

Azərbaycanın bu addımı atması… – Ərdoğan

Azərbaycanın bu addımı atması… - Ərdoğan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.