Ermənistan prezidenti Serj Sarkisyan Gümrüdəki ailə faciəsi ilə əlaqədar hüquq-mühafizə orqanları rəhbərləri ilə təcili iclas keçirib.Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir.
Toplantı zamanı baş verən faciənin detallarının araşdırılması, günahkarların aşkarlanması və onların məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanıb.
O da bildirilib ki, Rusiyanın Ermənistandakı bazasının rəhbərliyi ölkə hüquq-mühafizə orqanı əməkdaşları ilə əməkdaşlıq edir və istintaqa kömək edir.



