"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neftçilərin daha yüz nəfərinə ixtisar bildirişi gəldi…

12 Yanvar 2015 - 23:10
in MANŞET

Mirvari Qəhrəmanlı: “İxtisarlar davamlı olacaq, il boyu davam edəcək”img1710894

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Neftin qiymətinin düşməsi “Global Energy Azerbaijan Group” (“GEA”) şirkətinə də təsir edib. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, şirkətə daxil olan Neftçala Əməliyyat Şirkəti işçilərini məcburi məzuniyyətə göndərir: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yanvarda 100-dən artıq işçi ödənişsiz məzuniyyətə göndərilib. Fevralda da daha bir qrup məcburi məzuniyyətə göndəriləcək”.
Hüquq müdafiəçisi daha çox fəhlələrin ödənişsiz məzuniyyətə göndərilməsindən narahatçılığını bildirib: “Fəhlə məcburi məzuniyyətə göndərilir. Onların aylıq məvacibi 200-250 manat arasındadır. Lakin bu məvaciblə ailələrini dolandırırlar”. Qeyd edək ki, “Global Energy Azerbaijan Group” Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda Hasilatın Pay Bölgüsü (PSA) üzrə 5 sazişin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Karasu Operating Company”, “Neftechala Operating Company” və “Shirvan Operating Company”. GEA-nın işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir. Neftçala Əməliyyat Şirkəti isə “Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqlarında işləyir.
Qeyd edək ki, bir müddət əvvəl daha bir ixtisar xəbəri yayılmışdı. “Bahar” Əməliyyat Şirkəti yanvarın 5-də 83 nəfər işçini işdən azad etmişdi. Bu şirkət 2010-cu ildən bəri hər il 100-dən yuxarı işçini işdən azad edir. “Bundan əziyyət çəkən başqa işçilər də var. Belə ki, iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər. Əmək haqqı isə eyni qalır,- deyə M.Qəhrəmanlı bildirib.
O, həmçinin qeyd edib ki, “Azəriqaz” işçiləri də hər gün həyəcanla ixtisar bildirişlərini gözləyirlər. “Azərneftyağ” və Neft Emalı Zavodunun idarəetmə aparatında işləyən işçilər də narahatdırlar: “Bu iki zavodun birləşməsi zamanı, işçilərin peşə bilikləri ARDNŞ-nin İnsan Resursları Departamentində yoxlanılacaq və ən çox bal toplayan işçi işlə təmin olunacaq. Bu müsbət haldır. Amma təcrübə göstərir ki bəzən 17 bal toplamış işçi kiminsə qohumu olduğu üçün işlə təmin olunur, 30 bal toplamış işçi isə ixtisara düşür”.
Hüquq müdafiəçisi Musavat.com-a açıqlamasında bildirir ki, ixtisarlar davam edəcək və proses ilin sonunadək davam edə bilər: “Doğrudur, ötən il neçə nəfərin ixtisar olunduğunu demək çətindir. Dövlət Neft Şirkəti bununla bağlı normal açıqlama vermir. 2014-cü illə bağlı məlumatları təxminən 2015-ci ilin oktyabrında açıqlayacaq. İnformasiya sorğusu verəndə də cavablandırmırlar. İxtisar vaxtı isə işçilərin əksəriyyətinə məcburi ərizə yazdırıb işdən çıxarırlar. İxtisarlar elə aparılır ki, rəsmi rəqəmlərdə işdən öz ərizəsi ilə çıxanların sayı ixtisardan daha çox olur. Məsələn, 2011 yanvarında Dövlət Neft Şirkətində 77 min 140 işçi olub. 2012-ci ildə 66 min 234 nəfər, 2013-cü ildə 61 min 86 nəfər işçi olub. 2011-ci ildə 7855 nəfər işdən çıxarılıb, 2012-ci ildə 11 min 556 nəfər, 2013-cü ildə isə 14 min 556 nəfər işdən çıxarılıb. İndi rəsmi məlumatda bildiriləcək ki, çoxu öz ərizəsi ilə işdən çıxıb”.
M.Qəhrəmanlı qeyd edir ki, ixtisarlara baxmayaraq, yeni işçilər də işə götürülür, bu da normal deyil: “2012-ci ildə 3942 nəfər, 2013-cü ildə 9420 nəfər işə qəbul olunub. Paralel olaraq işə qəbul gedir. Dövlət Neft Şirkətində hasilat aşağı düşür. 2012-ci ildən müntəzəm ixtisarlar gedir, bəzi idarə və müəssisələr ləğv  olunur, islahatlar aparılır, bununla bərabər, işçi qəbul olunur. Bununla belə, ixtisarlar davamlı olacaq, il boyu davam edəcək”.(Musavat.com)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanda polis reydləri başladı (VİDEO)

Next Post

Yanacağın qiyməti qalxdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Yanacağın qiyməti qalxdı

2014-ün qolu (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.