O, Kubanın terrorizmin heç bir təzahürünü dəstəkləmədiyini vurğulayıb.
Elchi.az xəbər verir ki, Kuba prezidenti Migel Diaz-Kanel Moskvada dronlarla Kremlə hücum cəhdini pisləyib. Bu barədə Kuba lideri öz Twitter səhifəsində yazıb.
Diaz-Kanel onu da qeyd edib ki, Kuba terrorizmin heç bir forma və təzahürünü qəbul etmir.
“Biz İHA-nın Kremlə hücumunu qəbul etmirik. Kuba öz mövqeyini bir daha təsdiqləyir və bütün forma və təzahürlərində terrorizmin bütün aktlarını, üsullarını və təcrübələrini pisləyir”, – Kuba prezidenti yazıb.
Xatırladaq ki, mayın 3-nə keçən gecə Rusiyanın elektron döyüş texnikası Kreml səmasında iki pilotsuz təyyarəni vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb və dağıntı olmayıb.
Şayəstə Hüseynova





