Nepalın qərbindəki Karnali şəhərində qar uçqunu nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki,NDTV-nin xəbərinə görə, dünən Karnali şəhərinin Muqu rayonunun Çyarxu aşırımında qar uçqunu düşüb.
Səlahiyyətlilər Çyarxu aşırımı yaxınlığında göbələk toplamağa gələnlərdən 3-nün öldüyü, 9-nun isə yaralandığı barədə məlumat paylaşıb.
Yüzlərlə insanın Muqu rayonunda yüksək dağlıq ərazilərə göbələk yığmaq üçün getdiyi, yerli hakimiyyət orqanlarının isə mayın 18-dən əvvəl insanların yüksək dağlıq ərazilərə, getməsinə icazə vermədiyi qeyd edilir.
Nuranə Məmmədova





