"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağda ermənilər bu kilsəni məhv edib – Foto

11 May 2023 - 09:00
in MƏDƏNİYYƏT

44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin bir daha şahidi olduq, gözümüzlə gördük. Nəinki islam-türk abidələri, Alban (Ağvan) dövrünə aid bütün abidələri erməniləşdirməyə cəhd faktları üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıdıblar, ya da nəzarətsiz qoyub, içində min oyunlardan çıxıblar. İndi isə dünya mediasında yalandan hay-küy qaldırırlar ki, azərbaycanlılar “erməni kilsələri”ni dağıdır.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özündədir:
“Ermənilər iddia edirlər ki, guya Qarabağda olan kilsələr “onlara aiddir”. Bəs, özlərini “ilk xristian” hesab edən ermənilər Tuğ kəndində olan bu qədim Qtiçavank kilsəsini niyə bu günə salıblar? Məgər xristian dininin “ilk daşıyıcsı” olan “xalq” belə edə bilərdimi?
Çünki bu kilsənin Alban (Ağvan) dövrünə aid olmaqla yanaşı, freskası, memarlıq üslubu, üzərində olmuş yazılar, xaç nümunələri və şairlərin türklərə məxsus olduğunu bilirlər. Dəyişmək gücündə olmadıqları üçün onu bu günə salıblar.
Bu kilsənin guya 13-cü əsrə olduğunu iddia edirlər. Axı, 13-cü əsrdə bu regionda türk dövlətləri, türk xalqı və ən əsası da islam dini var idi. Belə bir dövrdə, belə bir mühitdə bu cür kilsəni burda yaşamayan ermənilər necə tikə bilərdi?”
Alim bildirib ki, 9-cu əsrdən qaynaqlarda “Tuğ piri” kimi adı keçən Qtiçavank kilsəsinin memarlıq üslubu Xudavəng, Kiş və Yeddi kilsə Alban abidələri ilə eynilik təşkil edir:
“Eyni üslub, eyni freska, eyni cür tikiliş, eyni cür mehrab, eyni cür yazılar…
2017-ci ildə qondarma rejim bu kilsə ətrafında arxeoloji qazıntılar aparıb. Nəticə ermənilər üçün şok idi. Üzə çıxan bütün yazılar, damğa və simvollar, işarələr Ağvan-türk mədəniyyətinə aid idi.
Arxeoloji qazıntılar zamanı məlum oldu ki, kilsənin sovet dövründə daşla tikilmiş, sonra isə sement-qum suvağı ilə örtülmüş başqa bir girişi var. Söküləndən sonra məlum olub ki, giriş tağlı olub. Kilsənin şimal divarı və həyəti torpaq qala ilə örtülmüşdür. 20-dən çox məzar daşı aşkar edilmişdir, hamısı yaxşı vəziyyətdədir və görünən ornamentlər türk mədəniyyətinin bir parçası idi.
Bu məlumat İrəvana verilir və ondan sonra arxeoloji maddi nümunə, qəbir və yazılar, kilsə gördüyünüz vəziyyətə salınır.
Qtiçavank kilsəsinin tarixi tam dəqiq olmasa da, memarlıq xüsusiyyətlərinə görə eramızın 2-3 əsrinə aiddir. Kilsə ölçüsü 13×22 metr olan bazilikadır. O, düzbucaqlı formaya malikdir, tonozu dörd dirəklə dəstəklənir. Divarların hörgü işində həm yonma, həm də yarımyonma bloklardan istifadə edilmişdir. Sırf Alban memarlığına aiddir. Eyni zamanda türk nəfəsi ilə tikilib. Üzərində həmçinin tenqriçik ornamentləri də olub.
Kilsə eyni zamanda bir müdaifə qalası rolunu oynayıb. Çünki onun bir tərəfi daş qayaya söykənib.
1136-cı ildə zəlzələ nəticəsində kilsə dağılır, iki yerə bölünür. 13-cü əsrdə yenidən bərpa edilir, amma memarlıq üslubu xətalı olur. 1736-cı ildə Qarabağ məlikləri buranı yenidən təmir edirlər. Rusiyanın işğalından sonra, digər Alban abidləri kimi, bura köçürülən ermənilər tərəfindən kilsənin mənimsənilməsi baş verir.
Sovet işğalı dövründə bura mədəniyyət mərkəzi olur. Erməni işğalı dövründə isə gördüyünüz şəkilə salınır”.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zod istiqamətində gərginlik: Ordumuz cavab tədbirləri görür

Next Post

Hindistanın Rusiyadan neft idxalı 2022-ci ildə on dəfə artıb

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Hindistanın Rusiyadan neft idxalı 2022-ci ildə on dəfə artıb

Hindistanın Rusiyadan neft idxalı 2022-ci ildə on dəfə artıb

Ermənilər Ordumuza qarşı İran dronlarından istifadə edir

Ermənilər Ordumuza qarşı İran dronlarından istifadə edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.