Malmö şəhər polisi Fransanın “PSJ” klubunun və İsveç yığmasının ulduz futbolçusu Zlatan İbrahimoviçin evinin yaxınlığında qumbara
tapıb.
tapıb.“Trend”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polislər qumbaranı zərərsizləşdirdikdən sonra villanın ətrafını mühasirəyə alıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Versiyalardan birinə görə, hadisənin arxasında heyvan hüquqlarının müdafiəçiləri dayana bilər. Belə ki, Z.İbrahimoviç Yeni il bayramı günlərində ov zamanı 500 kq-lıq sığın vurmuşdu. Bu hadisə İsveçdə heyvan müdafiəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.



