Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano Aİ-yə daxil olmağa can atan Gürcüstanı Rusiya təyyarələrinin onun ərazisinə daxil olmasının qarşısını almağa çağırıb.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Aİ həmçinin Gürcüstanı təhlükəli rus təyyarələrini öz ərazisinə buraxmamağa çağırır, çünki Aİ və ABŞ sanksiyaları Rusiyanın onlara lisenziyalı texniki xidmət göstərməsinə mane olur.
Daha əvvəl bildirilmişdi ki, Rusiya aviaşirkətləri gələn həftədən Gürcüstana uçuşlara başlaya bilər.
Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Artur Muradyan bəyan edib ki, Rusiya ilə Gürcüstan arasında aviareyslər bir ay ərzində bərpa oluna bilər. Onun sözlərinə görə, bu, Gürcüstanın çətin şərtlər təqdim etmədiyi təqdirdə baş verəcək. Muradyan Gürcüstanın Rusiyanın turizm sektoru üçün lazımlı və maraqlı olduğunu da vurğulayıb.
Yeganə





