Çində yaşayan Syao Li uzun müddət komada qalandan sonra qəribə üsulla ayılıb. Ona 100 yuan məbləğindəki əskinazı göstərəndən
sonra komadan ayılıb. 2014-cü ilin mart ayında baş vermiş bu hadisə barədə media ancaq indi xəbər tuta bilib.
sonra komadan ayılıb. 2014-cü ilin mart ayında baş vermiş bu hadisə barədə media ancaq indi xəbər tuta bilib.Çinli Şençjen şəhərindəki xəstəxanada yatırmış. Oyanmamışdan bir neçə gün əvvəl həkimlər görüblər ki, pasiyent hərdənbir barmaqlarını tərpədir. Bundan başqa, o, hərdən gözlərini açdığı halda, hərdən də heç bir aktivlik nümayiş etdirmirmiş. Xəstənin diqqətini cəlb etmək üçün tibb bacılarından biri cibindən pul çıxarıb və onu xəstənin gözü qabağında oynatmağa başlayıb. Bunu görən kimi xəstə əlini pula tərəf uzadıb. Müalicə həkimi jurnalistlərə açıqlamasında bildirib ki, Sya Lionun reaksiyası gözlənilən olub, kupyura isə sadəcə bəhanə imiş: “Sya Lio hazırda sağalmağa doğru getsə də, sonuna qədər hərəkət etmək imkanı qazanmayıb. Hazırda ailəsi onun diqqətini cəlb etmək üçün daha çox puldan istifadə edir”. Bunu da çinlinin həkimi deyib.
2013-cü ilin avqustunda, həmin vaxt 30 yaşı olan Syai Li kompüter salonunda huşunu itirib. Sonradan aydınlaşıb ki, kişi fasiləsiz olaraq bir həftə onlayn poker oynayıb. Nəticədə isə kişidə beyin qanaması yaşanıb. (Musavat.com)



