"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İtaliyalı jurnalist erməni işğalından yazdı

26 İyul 2014 - 23:54
in FLƏŞ

İtaliyanın “l’opinione” xəbər saytında daha öncə ermənipərəst “Qarabağ üçün İtaliya təşəbbüsü”publika.az1406398814122 tədqiqat qrupu tərəfindən hazırlanan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxta faktların yer aldığı məqaləyə cavab olaraq həmin saytda italiyalı jurnalist Romulus Martelloninin “Dağlıq Qarabağ və həqiqi faktlar” sərlövhəli yazısı yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, jurnalist bildirir ki, onun əvvəllər də dərc edilən yazıları real faktlar və obyektiv məlumatlara əsaslanıb. “Mən daha əvvəllər də Dağlıq Qarabağ problemi ilə bağlı yazdığım bütün məqalələri Azərbaycan tərəfinin məlumatları əsasında deyil, beynəlxalq təşkilatların sənədləri, hamının bildiyi və qəbul etdiyi real faktlar əsasında hazırlamışam. Həmişə bu münaqişənin səbəblərini obyektiv araşdırmağa çalışmışam”.

Erməni yönümlü tədqiqat qrupunun nümayəndələrinə cavab olaraq müəllif yazır: “Diqqətinizi mühüm beynəlxalq təşkilatların müvafiq məsələ ilə bağlı bəyan etdiyi həqiqətlərə yönəltmək istərdim. Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi göstərilir. Münaqişə nəticəsində bir milyon azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının sənədlərini, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birgə bəyanatlarını mən özüm əldə edərək reallığın şahidi olmuşam. Xocalı hadisələrinə gəldikdə isə bu barədə də Azərbaycan mənbələrindən istifadə etməyə ehtiyac yoxdur. Erməni qüvvələri tərəfindən Xocalı soyqırımı törədildikdən sonra “Human Rights Watch” təşkilatının hesabatında, “The Herald”, “The New York Times” və digər məşhur qəzetlərdə bu faciə ilə bağlı ətraflı məlumatlar yer alıb. Nüfuzlu “Reuters” agentliyinin fotomüxbiri tərəfindən Xocalı soyqırımına dair çəkilən şəkillər, digər mətbu orqanların məqalələri və lentə alınan videolar, saysız hesabsız məqalələr bu soyqırımı haqqında ətraflı məlumat almağa kifayət edir. Xocalı faciəsinin ABŞ-ın bir neçə ştatı, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çex Respublikası və İordaniya parlamentləri tərəfindən artıq soyqırımı kimi tanınmasına dair sənədlər qəbul edilib”.

R.Martelloni bildirir ki, Azərbaycan ilə bağlı tənqidi məqamlar səslənən zaman bu ölkədə müstəqil medianın fəaliyyət göstərdiyini, internetdən istifadənin tam azad olduğunu, KİV-lərin sayının getdikcə artdığını unutmaq lazım deyil. “Nə üçün 1999-cu ildə Ermənistan parlamentinin sessiyası zamanı bu ölkənin baş naziri və bir sıra siyasətçilərin öldürülməsi faktı qeyd edilmir?! 2008-ci ildə isə Ermənistanda parlament seçkilərinə etiraz olaraq nümayişə çıxan 10 nəfər öldürülüb. Bütün bu hadisələr məhz Ermənistanda baş verib, Azərbaycanda deyil”, – deyə o vurğulayır.

Müəllif qeyd edir ki, ermənilər artıq öz müqəddəratını təyin edib və beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Erməni xalqının öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə artıq 1991-ci ildə Ermənistan dövləti yaratmaqla siz öz müqəddəratınızı təyin etmisiniz. Beynəlxalq birlik Dağlıq Qarabağı və ətraf yeddi rayonu Azərbaycan ərazisi kimi tanıyır. Beynəlxalq hüququn bu prinsipinə hörmətlə yanaşmaq peşəkar jurnalist kimi mənim borcumdur”.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail yenidən raket atdı

Next Post

Ukrayna separatçılarının lideri Bosniyada müsəlman soyqırımının iştirakçısı imiş

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Ukrayna separatçılarının lideri Bosniyada müsəlman soyqırımının iştirakçısı imiş

Azərbaycana keçmək istəyən erməni ümidini itirməyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.