Elchi.az xəbər verir ki, Argentinanın Buenos-Ayres şəhərindəki Milli Atom Enerjisi Komissiyası (CNEA) dang qızdırması ilə mübarizə üçün nüvə texnologiyasından istifadə etməyə başlayıb.
Hazırlanan layihə sayəsində ağcaqanadlar virusun ötürülməsinin qarşısını almaq üçün qamma şüaları ilə sterilizasiya edilir.
Bu innovativ layihə dang xəstəliklərinin sayını azaltmaq məqsədi daşıyır.
Dang virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür.
İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. İyun, sentyabr, dekabr və mart aylarında “yağış mövsümü” kimi tanınan hallar artır.
Xəstəliyə səbəb olan ağcaqanad növlərinin su gölməçələrində sürfələr əmələ gətirdiyi üçün xüsusilə sənaye mühitlərindəki zibil gölməçələrinə davamlı olaraq püskürtülməli olduğu bildirilir.
Şayəstə Hüseynova






