“Beşiktaş” “Sabah”la xeyriyyə oyununun hazırlığını başa vurub.
Elchi.az xəbər verir ki, Şenol Günəşin yetirmələri bu gün saat 12:00-da baş tutan səhər məşqi ilə hazırlığa yekun vurub. “Ağ-qaralar” saat 15:00-da Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək.
İstanbul təmsilçisi Bakıda oyun öncəsi məşq etmyəcək.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Sabah” – “Beşiktaş” matçına saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək gəlirlə Türkiyənin zəlzələdən zərərçəkən bölgələrindən birində məktəb tikiləcək.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




