İranın Qeşm adasında şəriət qaydalarının pozulması səbəbindən kruiz gəmisinin fəaliyyəti qadağan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Qeşm adasının prokuroru Ümid Məhdəvi Məcid açıqlamasında deyib.
“Kruiz gəmisi ölkə qanunlarına və şəriət qaydalarına zidd olaraq qadın və kişi turistlərə bir yerdə, qeyri-normativ şəkildə dəniz əyləncəsi təşkil etdiyi üçün müsadirə olunub”, – Məcid bildirib.
Qeyd edək ki, İranda etiraz aksiyalarının səngiməsindən sonra məcburi hicab qaydalarına riayət edilməməsi səbəbindən yüzlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




