"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev Papuaşvilini qəbul etdi

15 May 2023 - 17:25
in SİYASƏT

14:46

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.

Elchi.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Şalva Papuaşvilinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımından önəmini qeyd edib.

Dövlət başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladı və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd edib.

Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxundu, birgə layihələrin icrasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırdı və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini deyib.

Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb. Həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Şalva Papuaşvili Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirib. Qonaq Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurğulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd edib. Gürcüstan parlamentinin sədri vurğuladı ki, vaxtilə Ulu Öndərin atdığı müdrik addımlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirib.

Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunub. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

Şalva Papuaşvili Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Unlu qənnadı məmulatların istehsalı dayandırıldı

Next Post

Fransa səfiri erməni vəhşiliyinin şahidi oldu – Foto

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Fransa səfiri erməni vəhşiliyinin şahidi oldu – Foto

Fransa səfiri erməni vəhşiliyinin şahidi oldu - Foto

Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcək? – Özü danışdı

Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcək? - Özü danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.