ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.
Rayonun Stansiya yaşayış massivinin sakini, 47 yaşlı Asiman Tağıyev idarə etdiyi “Vaz-2115” markalı minik avtomobili ilə şəhər mərkəzinə doğru hərəkət edərkən anidən idarəetməni itirib və avtomobil yolun kənarında dayanmış 51 yaşlı Etibar Hümbətova məxsus “Mersedes” markalı maşına çırpılıb. Nəticədə avtomobilin ön hissəsi əzilib. Sürücü isə elə sükan arxasında dünyasını dəyişib.
Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə sürücünün meyiti daxili və xarici müayinə olunmaq üçün morqa aparılıb.Yaxınlarının dediyinə görə, 3 uşaq atası olan Asiman Tağıyev 10 il imiş ürək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.

ANS PRESS