"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Messi, Ronaldu və Noyer eyni komandada?

14 Yanvar 2015 - 15:52
in İDMAN

Planetin ən yaxşı futbolçuları – “Barselona”nın hücumçusu Lionel Messi və “Real”ın forvardı Kriştianu Ronaldu eyni klubda oynamaq istədiklərini bildiriblər.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

RONALDOAzərTAc xəbər verir ki, 2014-cü ilin yekunlarına görə “Qızıl top” mükafatına layiq görülmüş Kriştianu Ronaldu prestijli mükafat uğrunda mübarizədə əsas rəqiblərini – Münxenin “Bavariya” komandasının qapıçısı Manuel Noyeri və Kataloniyanın “Barselona” klubunun forvardı Lionel Messini öz komandasında görmək istədiyini bildirib.

FİFA-nın rəsmi saytı portuqaliyalı hücumçunun bu sözlərini sitat gətirir: “İstərdim ki, Messi və Noyer mənim komandama qoşulsunlar. Əgər biz üçümüz bir komanda heyətində çıxış etsəydik, əla olardı”.

Kataloniya klubunun hücumçusu etiraf edib ki, o da Kriştianu ilə eyni klubda oynamağa etiraz etmir, hərçənd, onların birlikdə oynaması hər ikisi üçün çətin olar.

Messi deyib: “Düşünürəm ki, bizim birlikdə oynamağımız hər ikimiz üçün çətin olar, lakin onunla eyni komandada çıxış etmək istərdim”.

Qeyd edək ki, Messi ilə “Barselona”nın baş məşqçisi Luis Enrike arasında münaqişə və argentinalı futbolçunun vergilərlə bağlı problemləri onun Kataloniya klubundan bəlkə də gedəcəyi barədə şayiələrə səbəb olub.

Xatırladaq ki, bu günlərdə İsveçrənin Sürix şəhərində “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Futbolda əsas fərdi priz sayılan bu mükafat ilin yekunlarına görə ən yaxşı oyunçuya verilir. Bu dəfə Ronaldu öz rəqiblərini xeyli qabaqlayaraq qalib gəlib.

“Real”ın hücumçusu dalbadal ikinci dəfə ən yaxşı futbolçu hesab edilib. Ümumiyyətlə, Ronaldu bu mükafata üç dəfə layiq görülüb. Messi isə hələlik portuqaliyalıdan irəlidədir. “Barselona”nın forvardı dalbadal dörd dəfə planetin ən yaxşı futbolçusu hesab edilib. Bu dəfə Messi ikinci, Noyer isə minimal fərqlə üçüncü yeri tutub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanda ara qarışır: Rusiya konsulluğuna yürüş olacaq

Next Post

Əl Qaidə deyir ki, Şarli Ebduya hücumu o təşkil edib

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Əl Qaidə deyir ki, Şarli Ebduya hücumu o təşkil edib

İSİD 2 rusiyalının edam videosunu yayıb

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.