"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yoxa çıxan rusiyalı deputatları vəhşi heyvanlar parçalayıb?

14 Yanvar 2015 - 16:46
in DÜNYA

Rusiyanın Hidrometeoroloji Xidmətinin mütəxəssisləri Antarktidada yoxa çıxan iki deputatın taleyindən narahatdır.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

deputat_parcalaVirtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mütəxəssislər onların vəhşi heyvanlar tərəfindən yeyildiyini güman edirlər. Belə ki, hazırda Antarktidada insanlar üçün ən təhlükəli dövr – Antarktida yayıdır.

Bu fəsil vəhşi heyvanların çoxalması üçün olduqca münbit şərait yaradır, səyyahlar üçün isə olduqca təhlükəlidir. Ötən il ingiltərəli dalğıc qızın Antarktidaya səyahəti faciə ilə bitib, onu vəhşi heyvanlar parçalayıb.

Rusiyanın Hidrometeorologiya Xidmətindən bildiriblər ki, deputatlar Sidyakin və Savçenko Antarktidaya getmək üçün rəsmi icazə almayıblar. Bu icazə sənədini verməzdən əvvəl Hidrometeorologiya Xidmətinin mütəxəssisləri ekspedisiyanın insanlar və materikin özü üçün nə dərəcədə təhlükəli olduğunu araşdırırlar. Xidmətdən bildiriblər ki, deputatlar onlara müraciət etsəydi, ekspedisiya üçün başqa vaxt təyin edərdilər.

“İcazə verərkən biz təhlükəsizliyə dair bütöv paket veririk. Yəni bütün mümkün rabitə vasitələri, təhlükəsizlik siqnalları və s. İndi isə biz bilmirik ki, onları necə tapaq” – deyə Rusiyanın Arktika və Antarktida Elmi-Tədqiqat İnstitutunun direktor müavini Valeri Lukin şikayətlənib.

*   *   *14:05

Rusiya Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Oleq Savçenko Antarktidada yoxa çıxıb.

Virtualaz.org saytı “lifenews” kanalına istinadən xəbər verir ki, Savçenko və Sidyakin Yeni il tətili üçün Antarktidaya gediblər və orada bir neçə zirvəni fəth etməyi planlaşdırmışdılar. Lakin onlarla əlaqə kəsilib.

Məlumata görə, Dövlət Dumasının üzvləri Antarktidanın ən yüksək zirvəsi olan Vinson zirvəsinə qalxmağı və orada Rusiya bayrağını qaldırmağı planlaşdırırdılar. Bu çətin zirvəni fəth etmək üçün deputatlar Cənubi Amerikaya yollanıblar və orada And dağlarının bəzi zirvələrinə qalxaraq məşq ediblər.

Lakin And dağlarında və Antarktidada hava şəraiti arasında kəskin fərqlər var. Bu təhlükəli səyahət zamanı deputatlar həmişə öz əməkdaşları və yaxınları ilə əlaqə saxlayıblar.

Aleksandr Sidyakin hətta Twitterdə mesaj yayıb.

Aleksandr Sidyakin

“Antarktidada hava şəraiit kəskin pisləşə bilər. Qar yığınları buzlaqlardakı çatları daha da təhlükəli edir. 4897 metr yüksəkliyi hücumla dəf edəcəyik. Hücuma keçirik” – deyə Sidyakin son mesajında yazıb.

Lakin daha sonra deputatlarla əlaqə kəsilib. Dövlət Dumasının üzvlərinin itməsi haqda Sidyakinin köməkçisi məlumat verib. O bildirib ki, deputatlar sonuncu dəfə bir sutka əvvəl peyk telefonu ilə rabitə əlaqəsinə çıxıblar. Bundan sonra əlaqə kəsilib.

Deputatın köməkçisi Pavel Şklyançuk bildirib ki, dünən yanvarın 13-də Sidyakin və Savçenko əlaqəyə çıxmalı idi. Lakin bu, baş verməyib.

Oleq Savçenko

“Hazırda orada qasırğa və 45 dərəcə çaxta var, rabitə əlaqəsi kəsilib, iqlim şəraiti ağlasığmazdır”- o bildirib.

Yoxa çıxan deputatlar təcrübəli alpinistlər hesab olunurlar və Antarktidaya yollanmazdan əvvəl bir neçə ay təlim keçiblər.

Savçenko və Sidyakin hakim Vahid Rusiya Partiyasının üzvləridir. Onlar müvafiq olaraq Volqoqrad vilayətini və Tatarıstanı təmsil edirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Etibar Pirverdiyev 1 milyon manat rüşvət almaqda ittiham olunur

Next Post

Türkiyədə "Twitter" və "Facebook"a giriş qadağan edilə bilər

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Türkiyədə "Twitter" və "Facebook"a giriş qadağan edilə bilər

Fransız qəzeti təhdid olunur

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.