Qrupa Baltikyanı və Şərqi Avropa ölkələri də daxildir.
Elchi.az xəbər verir ki, Polşanın başçılıq etdiyi bir qrup Avropa İttifaqı ölkəsi Ukrayna prezidenti Vladimir Zelenskiyə gizli şəkildə Ukrayna münaqişəsini dayandırmağa çağırır, bunu amerikalı jurnalist Seymur Xerş deyib.
“Bu qrupa Polşa rəhbərlik edir… o, gizli şəkildə Zelenskini münaqişəni sona çatdırmaq üçün bir yol tapmağa çağırır – hətta istefa vermək olsa belə”, – jurnalist öz saytında yazıb və qrupa Baltikyanı və Şərqi Avropa ölkələrinin də daxil olduğunu bildirib. Macarıstan, Latviya, Litva və Estoniya daxil olmaqla.
Xatırladaq ki, bir neçə gün əvvəl, mayın 15-də Polşa prezidentinin beynəlxalq məsələlər üzrə nümayəndəsi Marçin Pşidaç Ukraynanın elan etdiyi əks-hücumdan əvvəl Ukrayna münaqişəsi üzrə sülh danışıqlarının vaxtından əvvəl olduğunu bildirmişdi. Onun sözlərinə görə, Moskva sülhməramlı yanaşmaya hazır deyil və Kiyev bunun üçün silahlarını toplamayıb.
Şayəstə Hüseynova




