Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrelin Rusiya neftindən hazırlanan Hindistan neft məhsullarının idxalına mümkün məhdudiyyətlə bağlı bəyanatını dəyərləndirib. Elchi.az xəbər verir ki, onun sözlərini ANI agentliyi yayıb.
O, izah edib ki, Rusiya nefti üçüncü ölkələrdə əhəmiyyətli dərəcədə emal olunur, nəticədə o, artıq Rusiya məhsulu hesab edilmir.
Qeyd edək bundan əvvəl Josep Borrell bildirmişdi ki, Avropa İttifaqı Hindistan müəssisələrinin Rusiya neftindən pul qazanmaq üçün istifadə etdiyi üsullara qarşı tədbirlər görməlidir. O, Rusiya xammalından istehsal olunan benzin və ya dizel yanacağının Aİ ölkələrinə satılmasını sanksiyalardan yayınma adlandırıb və milli hökumətlər səviyyəsində mexanizmlərdən istifadə etməyi təklif edib.
Havar Şəfiyeva




