Fransanın keçmiş prezidenti Nikola Sarkozi ev dustaqlığına buraxılıb.
Elchi.az-ın News.am-a istinadən məlumatına görə, bu barədə “BFMTV” telekanalı xəbər verir.
Belə ki, Parisin apellyasiya məhkəməsi Sarkozinin bir illik həbs cəzası əvəzinə həbsini elektron qolbaqla evində keçirə biləcəyi barədə qərar verib.
Sarkozinin vəkili Teri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş yüksək vəzifəli məmuru Gilbert Aziber də oxşar şərtlərlə cəzalandırılıb.
Xatırladaq ki, 2021-ci ilin mart ayında Paris məhkəməsi 2014-cü ildən bəri davam edən qondarma telefon dinləmə işi üzrə qərar çıxararaq Sarkozini korrupsiya və nüfuzdan sui-istifadədə təqsirli bilib. Erzoq və Aziber də korrupsiyada təqsirli biliniblər.
Yeganə





