İş adamı İlon Mask uzaqdan iş rejimini mənəvi cəhətdən yanlış cəfəngiyyat adlandıraraq, bunun işçilərə qarşı haqsızlıq olduğunu, onların evdən işləyə bilmədiklərini deyib.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Əvvəllər “Twitter”də uzaqdan işləməyi tamamilə qadağan edən Mask əmindir ki, belə iş rejimi səmərəliliyə mane olur: “İnanıram ki, insanlar ofisdə olanda daha yaxşı işləyirlər”.
2022-ci ildə o, bütün “Twitter” işçilərini işdən çıxarmaqla hədələyərək ofisə qayıtmağa məcbur edib. İndi işçilər həftədə ən azı 40 saat iş yerində vaxt keçirmək məcburiyyətindədirlər.
“ “Tesla”, “SpaceX” və ya “Twitter”də işləmək istəyirsinizsə, hər gün işə getməlisiniz”, – deyə sahibkar bildirib.
Yeganə





