Ekvadorun Dyuran şəhərinin sakini, 19 yaşlı model Katerin Kantolipoksasiya əməliyyatı zamanı ölüb. K.Kanto ötən ilin oktyabrında
“Queen of Duran” gözəllik müsabiqəsində qalib gəlmiş, “gözəllik kraliçası” seçilmişdi. Milli.az-ın xəbərinə görə, müsabiqədə pul mükafatı ilə yanaşı, Katerin Kantoya pulsuz plastik cərrahiyyə əməliyyatından yararlanmaq şansı, “Chevrolet Aveo” avtomobili və planşet kompüter verilmişdi.
“Queen of Duran” gözəllik müsabiqəsində qalib gəlmiş, “gözəllik kraliçası” seçilmişdi. Milli.az-ın xəbərinə görə, müsabiqədə pul mükafatı ilə yanaşı, Katerin Kantoya pulsuz plastik cərrahiyyə əməliyyatından yararlanmaq şansı, “Chevrolet Aveo” avtomobili və planşet kompüter verilmişdi. Taleyin ironiyasına bax ki, lipoksasiya, yəni bədəndən piylərin və yağların çəkilməsi əməliyyatı gözəllik müsabiqəsində K.Kantoya verilmiş “mükafat”dı. Katerinin qardaşı, 24 yaşlı Daniel Zavalanın dediyinə görə, qız ilk əvvəl əməliyyat olunmaq istəməyib.
“Amma gözəllik müsabiqəsinin təşkilatçıları dedilər ki, əgər Katerin “Miss Ecuador” gözəllik müsabiqəsinə qatılmaq istəyirsə, vücudunun korreksiyasına ehtiyacı var”, – D.Zavala deyib. Yanvarın 10-da Katerin Kanto plastik cərrahiyyə əməliyyatı üçün Quayakil şəhərindəki Katolik Universitetinin (Universidad Católica de Guayaquil) nəzdindəki klinikaya yollanıb. 19 yaşlı qız əməliyyat zamanı keçinib. İlkin məlumatlara görə, Kanto beynin qıc olması və ya ürəyin dayanmasından ölə bilərdi.
Əməliyyatı keçirmiş cərrah tutulub, ona qarşı cinayət işi qaldırılıb.



