Rusiya prezidenti Vladimir Putin, sanksiyalara baxmayaraq, keçən il 41,6 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac etdiklərini ifadə edərək, “Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olmasını gözləyirik”,-deyib.
Elchi.az xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı sektoru rəsmiləri ilə görüşdüyü toplantıda Putin ötən il ölkəsində rekord məhsul əldə edildiyini bildirib.2022-ci ildə cəmi 158 milyon ton taxıl yığıldığına diqqət çəkən Putin, “Bu, müasir tariximizdə ilk məhsul səviyyəsidir”.
Rusiyanın sanksiyalara baxmayaraq taxıl ixracatını davam etdirdiyini açıqlayan Putin, “Xarici ticarətdəki maneələrə baxmayaraq, Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdıra bildi. Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olacağını gözləyirik”,-şərhini verib.
Qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.
Nuranə Məmmədova




