Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin müqaviləli hərbçilərinin atış poliqonlarında təlim prosesinə nəzarət edib.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Şoyqu Rusiya Qərb Hərbi Dairəsinin poliqonlarına baş çəkib.
Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov hərbi xidmətə başlayan müqaviləli hərbçilərin təliminə nəzarət edən Şoyquya təlim prosesi barədə məlumat verib.
Təlimləri başa vuran əsgərlər Rusiya hərbi hissələrinin daimi yerləşdiyi mərkəzlərə göndəriləcək.
Nuranə Məmmədova




