"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fransız aktyoru terrora haqq qazandırdı və tutuldu

15 Yanvar 2015 - 10:46
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

img1723489Radikal islamçıların “Charlie Hebdo” satirik qəzetində və yəhudilər üçün nəzərdə tutulan halal ərzaq mağazasında törətdiyi qətliamlardan sonra Fransa boyu azad sözün müdafiəsi və terrora yox şüarı ilə böyük mitinqlər keçirildi.
Mitinqlərdən bir gün sonra isə Fransanın tanınmış komediya aktyorlarından olan Mbala Dyedonne yəhudiyə məxsus dükanda 4 girovu öldürmüş terrorçuya simpatiyasını bildirməsi ittihamı ilə saxlandı.
Dyedonne mitinqlərdən sonra facebook səhifəsində yazmışdı ki, “Mən özümü Charlie Coulibaly kimi hiss edirəm”.
Bu, “Charlie Hebdo“ya dəstək olaraq səsləndirilmiş “Mən Şarliyəm” şüarının, bir də dükanında qətliam törədən şəxsin adının sintezidir.
Bu fikir facebookda aktyorun fanatlarını iki cəbhəyə bölmüşdü. Bəziləri onun həddini aşdığını bildirmiş, bəziləri isə Fransa hökumətini azad söz prinsiplərini istədiyi şəkildə, hərəyə bir cür tətbiq etdiyini yazmışdı.
Mübahisəli “comment” bir saatdan sonra facebookdan yığışdırılmışdı.
M.Dyedonne beynəlmiləl ailədə doğulub, atası Kamerun əsillidir, anası isə fransızdır. Katolik məktəbində oxuyub. Yaradıcılığına münasibət birmənalı deyil. O, yəhudi aktyor Élie Semounla birlikdə çıxış edərək məşhurlaşıb. Şoularında irqçi stereotiplərə qarşı çıxıb. Hətta ictimai fəal kimi seçkilərdə ifrat millətçilərlə mübarizə aparıb. Amma sonradan yəhudiləri tənqid etməyə başlayıb. Son vaxtlar şoularında irqçi və antisemit zarafatlar edir.
Amma bu həbsin özü də söz azadlığı ilə bağlı debatlara təkan verib. Fransa qanunları “terrora haqq qazandırmağı” qadağan edir. İndi aktyorun bu qanunu pozub-pozmadığı araşdırılır.
Baş nazir Manuel Valls deyib ki, Dyedonnenin söylədiyi fikir sadəcə “yersiz zarafat” deyil: “İrqçilik, antisemitizm, terrora haqq qazandırılması fikir, rəy deyil, cinayətdir”.
Ötən həftə baş vermiş terror aktlarından sonra Fransada terrorçuları müdafiə etmək ittihamı ilə 50-dən çox adam saxlanıb. O cümlədən bir nəfər sərxoş vəziyyətdə qışqıraraq terrorçuları alqışladığı üçün 4 illik həbs cəzasına məhkum edilib.
Dyedonnenin cəzası isə mübahisəli fikri internetdə paylaşdığı üçün daha ağır ola bilər: 7 illik həbs cəzası, ya da 120 min dollar cərimə.
Fransanın bir neçə şəhərində yerli hakimiyyət Dyedonnenin yəhudiləri ələ salan, yəhudi soyqırımının miqyasını kiçildən zarafatlar etdiyi şoularına qadağa qoyub.
Onu ilk dəfə deyil ki, “terrorçulara haqq qazandırmaq” maddəsi ilə istintaqa cəlb edirlər. Ötən ilin sentyabrında o, İŞİD yaraqlılarının edam etdiyi Amerika jurnalisti Ceyms Fouli ilə bağlı zarafat etdiyi üçün sorğu-sual olunmuşdu.
Bundan başqa o, bir neçə dəfə yəhudilər haqda zarafatlarına görə cərimə edilib.
Dyedonne həm də “knel” jestini populyarlaşdırması ilə tanınır. Bu jest nasist salamına bənzəyir. Və anti-semitlər onu sinaqoqlar və Holokostu anım abidələrinin qarşısında istifadə edirlər. 2013-cü ildə İngiltərə çempionatında məşhur futbolçu Nikolya Anelka da bu jesti etdiyi üçün qınağa tuş gəlmişdi.
Aktyorun özü isə hakimiyyətin onu təzyiqlər yolu ilə susdurmaq, sözünü sərbəst şəkildə demək haqqından məhrum etmək istədiyini bildirir. Dyedonnenin fanatlarının böyük hissəsi gənclərdir və onun həbsi gənclər arasında narazılıq yarada bilər.
“İnsanları maarifləndirmək üçün çox böyük səylər lazım olacaq. Bəzi şəhərkənarı bölgələrdə Dyedonneni üsyankar qəhrəman sayırlar və Fransa ədliyyəsinin bu qərarı orada qətiyyən anlaşılmır” – deyə jurnalist Erik Mandonnet bildirib (“Virtualaz.org”).
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şok iddia: Paris terrorçularına 3 il əvvəl 20 min dollar ödənilib

Next Post

Polisi sürüyən şəxs tutuldu — Video

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Polisi sürüyən şəxs tutuldu — Video

İslam Kərimov da prezident postuna namizəddir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.