Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Moskva ilə Kiyev arasında bərabərhüquqlu sülh danışıqlarının indi rədd edilməli olduğu, bunun qeyri-mümkün olması barədə bəyanatını şərh edib.
Elchi.az bu barədə Rusiyanın Mk.ru saytına istinadən xəbər verir.
Leyenin irəli sürdüyü fikri kifayət qədər saf formada dəstəkləyən Dmitri Medvedev bunun səbəbini açıqlayıb:
“Əlbəttə ki, belədir. Kənardan nəzarət altında yarımçıq qalma prosesində olan nasist dövləti ilə necə bərabərhüquqlu danışıqlar aparıla bilər? Yalnız sahibləri ilə danışa bilərsiniz!” -, deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
O, bu məsələ ilə bağlı dialoqda Rusiyanın yalnız bir real həmsöhbəti ola biləcəyi fikrini də ifadə edib. Medvedevin şərhinin sonunda vurğulayıb ki, belə danışıqların vaxtı hələ çatmayıb.
Yeganə





