"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu gün Güney etiraza qalxır – Rejim təlaşdadır

22 May 2023 - 09:03
in Cebhe-banner, CƏMİYYƏT

Milli fəallar Xordad qiyamının ildönümü ilə bağlı Qərbi Azərbaycanda müxtəlif məzmunlu çap məhsuları hazırlayaraq, onları divarlara yapışdırıb. Məqsədləri şəhidlərimizin əziz xatirəsini yad etmək və fars-molla rejiminə qarşı mübarizənin davam etdiyini nümayiş etdirməkdir.
Bu sözləri Elchi.az-a güneyli milli fəal Qadir Cəliloğu Tehran rejimi ilə Azərbaycan milli hərakatının üzvləri arasında yaranan son gərginlikdən danışarkən deyib.
O, hökumətin Xordad qiyamında şəhid olanların xatirəsinin yad olunmasına imkan vermədiyini, lakin mili fəalların da geriyə çəkilməyəcəyini diqqətə çatdırıb:
“Azərbaycanda millətçilər bir vaxtlar səsini çıxartmaqdan qorxsalar da, indi minlərlə igidimiz Tehranın mərkəzində rejimə qarşı səslərini yüksətməkdən qorxmurlar. Bunu öz əməlləri və səsləndirdikləri şüarlarla sübut etməyə çalışırlar. Onlar 22 mayda hər kəsi meydanlara toplamaq üçün “Oyanışın başlanğıcı – Xordad qiyamı”, “Azadlıq, Ədalət, Milli Hökumət”, “Xordad 1, Şahidlər ölməz”, “1 Xordadda haqqını almağa ayağa qalx” məzmunlu sözlər yazaraq divarlara həkk ediblər. Xatırladım ki, Xordad üsyanının ildönümü Azərbaycanla yanaşı 20 may Almaniyanın Berlin şəhərində, Unter Der Linden meydanında da yad olundu”.
Milli fəalın sözlərinə görə, İran hökuməti qisas almaq və xalqımızın gözünü qorxutmaq üçün təzyiqləri çoxaltmağa çalışır:
“İgidlərimizin cəsarətindən qorxan və qəzəblənən molla rejimi artıq fəallarımızı həbsə atıb. Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə, Əlirza Səbri, Hüseyn Amani Nadarlı hələ də zindanda saxlanılır. Bəhnam Şeyxi, Əkbər Azad, Əli Babalı, Həmid Mənfi, Rüstəm Kazımpur, Əziz Fərşi, Əlirza Fərşi, Mənsur Fəthi, Mahmud Ocaqlı isə Tehranın Baharistan məhkəməsinə çağırılıb”.
Xatırladaq ki, 2006-cı il mayın 12-də “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura dərc edilib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində 1 Xordad (22 may) hadisələri zamanı həlak olanların xatirəsini yad edirlər.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çin ABŞ-ın ən böyük çip istehsalçısının məhsullarını qadağan edir

Next Post

Dnepropetrovsk vilayəti atəşə tutuldu

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Dnepropetrovsk vilayəti atəşə tutuldu

Dnepropetrovsk vilayəti atəşə tutuldu

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.