Avropa diplomatiyasının rəhbəri Cozep Borell Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib ki, Aİ tezliklə Ukraynanı F-16 qırıcıları ilə təmin edə biləcək.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Borellin sözlərinə görə, Aİ G7-nin Ukrayna qoşunlarını F-16 qırıcıları ilə təchiz etmək qərarını alqışlayır.
“Bu, çox yaxşı fikirdir, G7-nin əla addımıdır. Pilotların hazırlığı artıq başlayıb və ümid edirəm ki, biz tezliklə Ukraynanı həmin silahla təmin edə biləcəyik”, – deyə o, bildirib.
Yeganə






