Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Serbiya Aİ-yə üzvlük prosesini inkişaf etdirmək üçün Rusiyaya qarşı sanksiyalara qoşulmalı və Moskva ilə yaxın münasibətləri dayandırmalıdır.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
“Balkan ölkələrinin xarici işlər nazirləri Aİ nazirləri ilə işgüzar nahar ediblər. Biz xarici siyasətimizə və sanksiyalarımıza tam uyğun gələn bir sıra ölkələrin cəsarətli və strateji seçimini alqışlayırıq.
Biz həmçinin öz siyasətlərini Aİ siyasətləri ilə hələ tam uyğunlaşdırmayanlara, xüsusən də Serbiyaya, Rusiya ilə sıx əlaqələri davam etdirməyin Aİ-yə üzvlük prosesi ilə bir araya sığmadığını və milli maraqlara xələl gətirdiyini qeyd etmişik”.
Yeganə





