Tayvan F-16V qırıcılarını Amerikanın yeni AIM-9X Sidewinder hava-hava raketləri ilə təchiz edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, “South China Morning Post” qəzeti yazıb.
Qəzetdə qeyd olunub: “Tayvanın Hərbi Hava Qüvvələri “AIM-9X Sidewinder” raketlərinin ABŞ-dan alındığını və bu yaxınlarda Çin Xalq Azadlıq Ordusunun (PLA) uçuşlarına cavab verməyə hazır olan F-16V eskadrilyalarına çatdırıldığını açıqlayıb”.
Bildirilir ki, yeni raketlər qrafikə uyğun olaraq Tayvana çatdırılıb və quraşdırılıb. Hərbi Hava Qüvvələri həmçinin bəyan edib ki, Çin Xalq Respublikasının döyüş təyyarələrini izləmək üçün bütün ehtiyat təyyarələr döyüş hazırlığı standartlarına uyğun silahlandırılmalıdır.
Qəzet Hərbi Hava Qüvvələrindəki digər mənbəyə istinadən yazır ki, “Jia” aviabazasındakı bütün 64 Tayvan F-16V qırıcısı izləmə və dəqiq zərbə imkanlarını təkmilləşdirmək üçün “AIM-9X Block II” raketləri ilə təchiz edilib:
“AIM-9X-dən başqa, qırıcıların bir tərəfində AIM-120 orta mənzilli hava raketi də quraşdırılıb”, – deyə mənbədə qeyd olunub.
Yeganə





